
Tayvanın “Foxconn” şirkəti Yaponiyanın qabaqcıl elektronika istehsalçısı olan “Sharp”ın səhmlərinin əksər hissəsini satın alıb. “Foxconn” “Sharp”ın səhmlərinə sahib olmaq üçün 3,5 milyard dollar ödəyəcək.
Qeyd edək ki, “Foxconn” “Apple” üçün “iPhone”, “iPad” və “MacBook”ların, eləcə də digər məşhur texnoloji şirkətlərin məhsullarının istehsalçısıdır.