Tayvanda yanğın zamanı 7 nəfər ölüb

Tayvanın cənubunda yerləşən Tainan şəhərində səhər saatlarında yaşayış binalarının birində baş verən yanğın nəticəsində 7 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Binadakı 46 sakinin 37-si təhlükəsiz şəkildə xilas olub, 2 nəfər pəncərədən atılarkən yüngül xəsarət alıb. Bir nəfər xəstəxanaya çatdırılarkən dünyasını dəyişib, daha 6 nəfər yanğın xidməti əməkdaşları tərəfindən içəridə ölü vəziyyətdə tapılıb.

Polisin bildirdiyinə görə, 21 yaşlı gənc könüllü təslim olaraq iki ədəd 5 litrlik qasolin qabı vasitəsilə yanğın törətdiyini etiraf edib. Əvvəllər ruhi xəstəlikdən müalicə aldığı iddia olunan həmin gənc saxlanılaraq istintaqa cəlb edilib.

İstinadlar Report

Tayvanda yanğın zamanı 7 nəfər ölüb

Tayvanda güclü yanğın nəticəsində azı 7 nəfər həyatını itirib.

Faciə gecə saatlarında Taoyuan şəhərində mikrosxem istehsal edən müəssisədə baş verib.

Ölənlərdən ikisi müəssisənin işçisi, daha 5 nəfər isə yanğınsöndürəndir.

Yanğın-xilasetmə dəstəsinin 7 əməkdaşı xəsarət alıb və xəstəxanalara çatdırılıb. Yanğının səbəbi müəyyənləşdirilir, araşdırma aparılır.

İstinadlar Report