Tayvanın cənubundakı fabrikdə baş verən yanğında ölənlərin sayı 9 nəfərə çatıb.

Bu barədə Tayvan Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, 109 nəfər yaralanıb və bir nəfər hələ də tapılmayıb.

Bildirilib ki, ölənlər arasında dörd yanğınsöndürən də var. DNT testlərindən istifadə edilərək onların şəxsiyyəti müəyyənləşdirilir.

İstinadlar Report