Tayvanın şərq sahillərində 5,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Bu barədə Tayvanın Mərkəzi Meteoroloji Bürosu xəbər yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 22:27-də (Bakı vaxtı ilə 18:27) baş verib.

Seysmoloqlar bildirir ki, təkanların episentri Hualien şəhərindən 18,3 km cənubda, ocağı 17 km dərinlikdə olub.

İstinadlar Report