Tayvanın şərq sahilində 5,3 maqnitudalı zəlzələ olub

Bu barədə adanın Mərkəzi Hava İdarəsi bildirib.

Qeyd olunub ki, yeraltı təkanların episentri ölkənin Hualyan qəzasından 22,8 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 17,9 km dərinlikdə olub.

Bundan başqa, adıçəkilən bölgədən 12,7 km şərqdə isə 5,1 maqnitudalı yeraltı təkanlar qeydə alınıb. Bildirilib ki, zəlzələnin ocağı 17,1 km dərinlikdə yerləşib.

Bölgədə tələfat və dağıntı barədə məlumat verilməyib.

İstinadlar Report