Tayvan adasını idarə edənlər Çinin yardım təklifindən imtina edərək bunu vacib saymadıqlarını bildiriblər.

Bu barədə Tayvanın Çin üzrə komitəsinin açıqlamasında vurğulanıb.

Məlumata görə, komitə Çinə diqqətinə görə minnətdarlığını ifadə edərək qeyd edib ki, zəlzələdən sonra materikdən yardıma ehtiyac yoxdur.

İnformasiyaya əsasən, Çin Xalq Respublikası Dövlət Şurasının Tayvan məsələləri üzrə ofisinin rəsmi nümayəndəsi Çju Fenlian bildirmişdi ki, Çinin mərkəzi hökuməti vəziyyəti izləyir və adaya yardım göstərməyə hazırdır.

Qeyd edək ki, Tayvan adası tanınmır. Beynəlxalq güclər onu Çinin tərkib hissəsi sayır.

İstinadlar Report