Taylandın cənubunda motosikletə quraşdırılmış bombanın partladılması nəticəsində azı 10 nəfər yaralanıb.

Bu barədə yerli “Bangkok post” qəzeti məlumat yayıb.

Partlayış Sonqkhla əyalətində baş verib.

Belə ki, motosikletə quraşdırılmış partlayıcı qurğu əyalət başçısının köməkçisi Saba Yoy Çetsadakron Siçanın olduğu avtomobilin motosikletin yanından keçən zamanı işə salınıb.

Nəticədə köməkçi, könüllü polislər, üç tələbə və üç mülki şəxs yaralanıb.

Partlayışdan sonra dəqiq sayı bilinməyən silahlı şəxslər yaralılara atəş açıblar. Atışmadan sonra yaraqlılar hadisə yerindən qaçmağı bacarıblar.

İstinadlar Report