Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğında sahibkarlara külli miqdarda ziyan dəyib.

Yanğında zərər çəkən sahibkarlardan biri Mətləb Aslanov “Report”a bildirib ki, 80 m² ərazidə təxminən 70-80 min manatlıq malı yanıb.

“Yanğın qonşu sexdən başlayıb. Heç bir siğorta şirkəti bazarı siğortalamayıb. Dəfələrlə müraciət olsa da, riskli ərazi olduğuna görə siğorta edilməyib”, – sahibkar deyib.

İstinadlar Report