Kazanda 175 saylı gimnaziyadakı faciədən sonra mayın 12-si Tatarıstanda matəm günü elan edilib.  

“Respublika Prezidentinin qərarı ilə mayın 12-si Tatarıstanda matəm günü elan edilib”, – dövlət başçısının mətbuat xidmətinin rəhbəri Liliya Qalimova deyib.

Həmin gün Kazanda məktəblər işləməyəcək. Faciə və matəm günü ilə əlaqədar respublikada 11-12 may tarixlərində keçirilməli olan mədəni tədbirlər ləğv edilib. 

Qeyd edək ki, hadisə nəticəsində 11 nəfər ölüb, 21 nəfər yaralanıb. 

İstinadlar Qafqazinfo