Türkiyəli müğənni Tarkan da Azərbaycana dəstək olub.

 Dağlıq Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərə biganə qalmayan sənətçi Azərbaycanda çəkilmiş görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Belə ki, Bakıda keçirilən Formula 1 yarışlarında çəkilən görüntülərdə Azərbaycan bayrağının rəngləri əks olunub. Bununla da meqastar Azərbaycana dəstəyini ifadə edib.

Qeyd edək ki, son günlər Ermənistanın Azərbaycana qarşı təxribatlarını qınamaq və buna cavab olaraq Azərbaycan Ordusunun başlatdığı əməliyyatlara dəstək məqsədilə qardaş Türkiyədə bir çox sənətçi sosial şəbəkə hesabında paylaşım edir.

Tarkandan Azərbaycana dəstək - Foto