Türkiyə Ali Seçki Komissiyasının (YSK) İstanbul seçkilərinin nəticələrinin ləğvi qərarına meqastar Tarkan da etiraz edib. Dünyaca məşhur müğənni tvitter hesabında “hər şey gözəl olacaq” həştağı ilə post paylaşıb. 

“Ötən gecə gözümə yuxu girməyib. Gəl, gör ki, sabah üfüqdən doğulan işıq həmişəkindən daha parlaqdır. Anladım ki, hər şey gözəl olacaq”, – deyə o, qeyd edib.

İstinadlar Qafqazinfo