“Kreml hələ də Azərbaycan hərbçilərinin Dağlıq Qarabağda tapdığı “İskəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqları barədə məlumata sahib deyil”.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “İskəndər”lə bağlı növbəti açıqlamasında bildirib.

“Raketlə bağlı heç nə deyə bilmərəm, məlumatım yoxdur”,- deyə Kreml rəsmisi jurnalistlərin sualına cavabında qey edib.

Xatırladaq ki, aprelin 2-də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) Dağlıq Qarabağ ərazisində “İskəndər” raketlərinin qalıqlarının tapıldığını  açıqlayıb. Parçaların Şuşa şəhərində 15 mart 2021-ci il tarixində ərazilərin minalardan təmizləyərkən tapıldığı qeyd olunub. Daha sonra KİV-də raketlərin quyruq hissələrini və işarələri olan parçaları göstərən fotolar yayımlanıb.

25 fevralda Rusiya Müdafiə Nazirliyi “İskəndər” OTRK-nın Dağlıq Qarabağdakı hərbi münaqişə zamanı istifadə olunmadığın bildirmişdi. Şöbə nümayəndəsi raketlərin hamısının Ermənistanın hərbi anbarlarında olduğunu qeyd etmişdi.

İstinadlar Qafqazinfo