
Tanzaniyanın şərqində şəkər fabrikində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 13-ə çatıb.
Bu barədə “Xinxua” agentliyi məlumat yayıb.
Moroqoro zavodunda partlayış istilik sistemindəki elektron nasazlıq sonucunda baş verib. Bundan əvvəl Keniya, Hindistan və Braziliya vətəndaşları da daxil olmaqla zavodun 11 əməkdaşının öldüyü bildirilirdi.