Tanzaniyanın şimalında leysan yağışların səbəb olduğu daşqınlarda 20-yə yaxın adam ölüb, 70-dən çox insan yaralanıb.
Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Hananq Dairə Komissarı Canet Mayanc bildirib ki, daşqınlar nəticəsində bir çox ev zərər görüb, onlarla insan itkin düşüb.