Azərbaycan və Sloveniya arasında əməkdaşlığın inkişafı üçün rəqəmsallaşma, dərman sənayesi, qida məhsulları və kənd təsərrüfatı texnologiyaları sahələri geniş potensiala malikdir.

Bu barədə açıqlamasında Sloveniyanın “SPIRIT Slovenia” Biznesin İnkişafı Agentliyinin katibi Tanya Drobnik (Tanja Drobnik) məlumat verib.

Onun sözlərinə görə, qeyd olunan sahələr hər iki ölkə üçün biznes imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:

“Bu gün Bakıda Azərbaycan-Sloveniya biznes forumunun keçirilməsi planlaşdırılır. Tədbirdə Sloveniyadan beş şirkət iştirak edir. Onların fəaliyyət istiqamətləri əsasən tikinti, avtomatlaşdırma, elektron məlumat texnologiyaları və kənd təsərrüfatı üçün dron istehsalı sahələrini əhatə edir. Şirkətlərin əsas maraqları isə Azərbaycanda və ya Sloveniyada birgə istehsalın təşkili yolu ilə bazarlara çıxış imkanlarının genişləndirilməsidir”, – deyə o qeyd edib.

T. Drobnik həmçinin vurğulayıb ki, rəqəmsallaşma sahəsi biznesin inkişafı baxımından xüsusilə yüksək perspektivlər vəd edir:

İstinadlar Report