Tanınmış jurnalist, şair, tərcüməçi Zülfüqar Rüfətoğlu vəfat edib.

Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb.

O, uzun sürən  xəstəlikdən sonra 66 yaşında Londonda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, şair İngiltərədə dəfn ediləcək.

Qeyd edək ki, Z.Rüfətoğlu “Şirbalanın məhəbbəti” filminin ssenari müəllifi, “Səhər” qəzetinin təsisçilərindən biri, “Mavigözlü ögey ana” kitabının müəllifidir. Həmçinin “BBC Azərbaycan” xidmətində işləyib.

O, 1991-ci ildə “Qızıl qələm” mükafatına layiq görülüb. 

Onu da bildirək ki, Z. Rüfətoğlu Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin qardaşıdır.

İstinadlar Qafqazinfo