“İki gündən sonra Azərbaycan Silahlı Qüvvələrinin növbəti ildönümüdür: “Bu münasibətlə sıravi əsgərimizdən tutmuş Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı da daxil olmaqla hər kəsi ürəkdən təbrik edirəm. Möhkəm can sağlığı və vətənimiz Azərbaycanın etibarlı müdafiəsi və mühafizəsi üçün yeni-yeni uğurlar arzulayıram. Bu bizim qürurlu xalqın ötən ilki 44 günlük Zəfər Qələbəsindən sonra ilk Ordu Günü bayramıdır. Ona görə də, ilk növbədə Vətən savaşında canını fəda etmiş əziz şəhidlərimizə Allahdan rəhmət, yaralı və əlil hərbçilərimizə şəfa diləyərək, hər kəsdən başını dik tutmağı xahiş edərdim”.

Bu fikirləri tanınmış hərbi ekspert, polkovnik Üzeyir Cəfərov özünün feysbuk hesabında yazıb.

O, bayram ərəfəsində mətbuat nümayəndələrinə müraciət edərərək qeyd edib: “Ötən ilin noyabr ayından mən də xidməti zərurətlə əlaqədar qısa müddətə Silahlı Qüvvələrimiz sıralarına həqiqi hərbi xidmətə çağırılmışdım və bu müddət ərzində üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışdım. Buna nə qədər nail oldumsa, daha yaxşısını xidmət etdiyim qurumun səlahiyyətliləri yaxşı bilir və onların mənə göstərdikləri diqqəti və qayğını heç vaxt unutmayacağam. Hər kəsə xüsusi minnətdarlıq və təşəkkürlər. Başda xidmətin 1-ci şəxsi olmaqla ən sonuncu əsgər və çavuşuna kimi hər kəsə xüsusi minnətdarlıq və təşəkkürlər”.

İstinadlar Report