Bakıda tanınmış fotoqrafın anasını maşın vurub. Hadisə noyabrın 20-i saat 19 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində baş verib.

Fotoqraf Səfiyar Məcnunun anası, 65 yaşlı Peykar Məcnunovanı yolu keçərkən Təbriz İbrahimovun idarə etdiyi “QAZel” markalı yük avtomobili  vurub. O, hadisə nəticəsində vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.