Rusiyanın əməkdar artisti, Vladimir Mayakovski adına Moskva Akademik Teatrın aktyoru Rəsmi Cəbrayılov dünyasını dəyişib.

Aktyor 90 yaşında vəfat edib.

Qeyd edək ki, Rəsmi Cəbrayılov 1932-ci il dekabrın 8-də Rusiyanın Dağıstan Respublikasının Qasımkənd rayonunda anadan olub.

Rəsmi Cəbrayılov 1964-cü ildən Taqanka Teatrında çalışır. 2002-ci ildə Vladimir Mayakovski adına Moskva Akademik Teatrının truppasına daxil olub.

O, Azərbaycan kinosunda “1001-ci qastrol”, “De ki, məni sevirsən!”, “İşgüzar səfər”, “Nizami”, “Bəyin oğurlanması”, “Alman klinikasına şəxsi səfər” və “Ölsəm, bağışla” filmlərində maraqlı obrazlar yaradıb.