Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Konsorsiumu Türkiyədə baş verən zəlzələdən dərhal sonra fəlakətin əhatə olunduğu bölgəyə dəstək verməyə başlayıb.

Bildirilib ki, TANAP bölgəyə veriləcək dəstək və ehtiyac təminatı üçün ictimai qurum və təşkilatlarla əlaqə və fəaliyyəti fasiləsiz olaraq davam etdirir.

Qurumun məlumatında deyilir ki, bununla əlaqədar olaraq, zəlzələ baş verən Hatay şəhərində 3 min nəfərə 10 gün boyunca gündə iki dəfə isti yemək imkanı təmin olunacaq. Həmçinin gündəlik 2 min ədəd qablaşdırılmış quru yeməklərlə təmin olunacaq.

Bundan başqa, Hataya 2 min ədəd uşaq və yeniyetmələr üçün adyal göndərilib. Həmçinin, zəlzələdən zərər çəkmiş 10 əyalətin hər birinə 1 TIR içməli su göndərilib.

Qeyd edilir ki, TANAP-a məxsus qar təmizləmə texnikası Adıyamanın Çelikhan kəndindən Malatyaya gedən bağlanmış yolunu təmizləmək üçün hazır vəziyyətə gətirilib.

İstinadlar Report