AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Azərbaycanda mobil operatorların milyonluq gəliri
  • Masallıda avtomobilin vurduğu velosipedçi 5 gün sonra xəstəxanada ölüb
  • Netanyahu Baydenin məsləhətini qəti şəkildə rədd edib
  • ABŞ-ın Qara dəniz üzərində kəşfiyyat imkanları pisləşib
  • Ekvadorda torpaq sürüşməsi nəticəsində 71 nəfər itkin düşüb
  • Bakıda avtomobillə vurulan piyadanın ayağı sınıb
  • Türkiyədə zəlzələ oldu
  • Çeçenistanda atışma olub: Xüsusi xidmət orqanları iki silahlını məhv edib
  • Rusiya və İran XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər
  • Küveytin Suveren Fondu “Mercedes”in səhmlərini satmağı planlaşdırır
  • Netanyahu Baydenin məsləhətini qəti şəkildə rədd edib
  • Çeçenistanda atışma olub: Xüsusi xidmət orqanları iki silahlını məhv edib
  • DTX Fazil Mustafa ilə bağlı məlumat yaydı – Terror aktıdır
  • Sahibə Qafarova Fazil Mustafanın ailəsi ilə əlaqə saxlayıb
  • DİN deputatın güllələnməsi ilə bağlı əhaliyə müraciət edib
  • Fazil Mustafa əməliyyatdan çıxıb
  • Qənirə Paşayeva: “Fazil Mustafaya qarşı silahlı hücumu qəti şəkildə qınayırıq”
  • Fazil Mustafa Kliniki Tibbi Mərkəzə gətirilib, hazırda əməliyyat olunur
  • Fazil Mustafa hazırda əməliyyat olunur – Xəstəxanadan fotolar
  • Qüdrət Həsənquliyev: “Millət vəkilinə atəş açılması ağır hadisədir”
  • Fazil Mustafaya qarşı baş verən silahlı hücümla bağlı cinayət işi başlanılıb
  • Fazil Mustafanın həyati təhlükəsi yoxdur  
  • Azərbaycan XİN Aİ Missiyası rəhbərinin fikirlərini kəskin tənqid edib
  • Fazil Mustafa güllələndi
  • Fransada pensiya islahatına qarşı etirazlarda 740 mindən çox şəxs iştirak edib
  • Aİ 2035-ci ildən benzin və dizellə işləyən yeni avtomobillərin satışını qadağan edəcək
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
“Tamaşaçı ilk dəfə yeni final görəcək” – Video
01/02/2023 19:03
Fazil Mustafanın evinin qarşısı – Foto+Video
29/03/2023 00:11
“001” Bakının mərkəzində lüks maşınları əzdi – Video
28/03/2023 11:38
“Hətta deyirdilər ki, Erkinə tapşırıblar deyə belə danışıb” – Video
28/03/2023 11:29
Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir – VİDEO
28/03/2023 10:29
Bakı Bulvarında çəkiliş aparmaq qadağandır? – Video
27/03/2023 22:17
Bayram günlərində 40 nəfər xilas edilib – Video
27/03/2023 10:44
Kanadanı Çinlə qarışdıran Bayden deputatların gülüşünə səbəb olub – VİDEO
25/03/2023 22:29
Eyni küçənin malikanələrini birləşdirən qanunsuz əməl – Video
25/03/2023 19:02
Sərhədi pozmağa cəhd edən pakistanlılar saxlanıldı – Video
25/03/2023 10:35
“Yoldaşım şkafı tutdu ki, aşmasın” – İsmayıllıda zəlzələ anı – VİDEO
25/03/2023 09:47
Qarabağ iqtisadi rayonunda qanunsuz yolların çəkilməsi yolverilməzdir – VİDEO
24/03/2023 17:14
Azərbaycan MN Qarabağdakı rus qüvvələrinə xəbərdarlıq etdi – VİDEO
24/03/2023 13:50
“Azəriqaz” İB-nin “Başdan ayağa” aksiyası davam edir – Video
23/03/2023 12:08
58 gün sonra 55 yaşında… – Video+Fotolar
23/03/2023 00:20
Brüsseldə Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü” adlı mitinqi keçiriləcək – VİDEO
22/03/2023 21:38
Ucarın Şahlıq kəndinə küçə qaz xətlərinin çəkilişi yekunlaşmaq üzrədir – Video
21/03/2023 18:26

Video xəbərlər

  • Bu rayonlarımıza qar yağıb – Faktiki hava+Video
  • “Toyota Prius”: bilmədiyimiz özəllikləri – təhlükəsizlik və rahatlıq – Video
  • Ağstafaya dolu düşüb – Faktiki hava – Video
  • İranla eyni vaxtda Azərbaycan Ordusundan da əzələ nümayişi – VİDEO
  • “Mənə zəng edən kimi əri öldürdü” – Günay 8 aylıq hamilə imiş… – VİDEO

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

01/04/2023
20:20 Türkiyədə 4.1 bal gücündə zəlzələ oldu
20:19 Naxçıvan reysində sərnişinlərin həyatını təhlükəyə atan iranlı sürücü həbs edilib
19:56 Bolqarıstanda təbii qaz Azərbaycandan gələn yanacaq hesabına ucuzlaşıb
19:02 ABŞ-da qasırğa və tornado nəticəsində ölənlər var
18:53 Paşinyan xəstəxanaya yerləşdirildi
18:44 Şimali Qafqazda zəlzələ olub
18:08 Bu rayonlarda “Açıq mikrofon” aksiyası keçiriləcək
17:11 Bakı sakinindən 20 kiloqrama yaxın marixuana aşkarlandı
16:59 “Metrodakı yanğınla bağlı yayılmış xəbər əsassızdır”
16:50 Qubada azyaşlılara siqaret satanlar cərimələnib
16:41 Salyanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
16:38 KOBİA-nın rəhbəri vətəndaşları qəbul edib
16:35 Nazir müavini: “Rusiya qoşunları Baxmutu ələ keçirmək üçün uğur qazana bilmir”
16:23 Bu fotolar onu qalib etdi
16:08 “Qırmızı kitab”a düşmüş minlərlə bitkini xaricə aparmaq istədi
16:05 Media subyektləri gəlir, mənfəət və sadələşdirilmiş vergidən azad edildi
15:56 Milli Qəhrəman Şükür Həmidovun anım mərasimi keçirilib
15:50 Media subyektləri məhsullarının təqdim edilməsi ƏDV-dən azad edildi
15:26 Doqquzuncu dəfə həbs edildi – Foto
14:41 Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
14:38 Sabahın havası açıqlandı
14:05 Rüşvət alan gömrükçü barədə – Yeni xəbər
13:59 Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb
13:50 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
13:47 MTX: “Ermənistan və Azərbaycan nümayəndələri sərhədləri dəqiqləşdirmək məqsədilə görüş keçirib”
13:05 Laçın-Xankəndi yolundakı aksiya 111 gündür davam edir
12:35 Vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərilib
11:47 Müdafiə naziri yeni nəzarətə götürülən yüksəkliklərlə bağlı tapşırıqlar verdi
11:44 Nazir: “Bəzi terrorizmi və işğalçılıq siyasətini dəstəkləyən ölkələrin ittihamları qəbuledilməzdir”
11:41 Heç kəs bizimlə təhdid dilində danışa bilməz! – Zakir Həsənov İrana cavab verdi
11:32 DYP talassemiyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirib
11:05 “Ukrayna yaxın gələcəkdə hərbi məqsədinə nail ola bilməyəcək”
10:56 Yeni qərar avtomobilləri nə qədər bahalaşdıra bilər?
09:53 Azərbaycanda aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların siyahısı dəyişib
09:40 Xankəndi-Laçın yolunda BQXK-nin avtomobilləri maneəsiz hərəkət ediblər 
09:38 Azərbaycan neftinin qiyməti 1 dollardan çox bahalaşıb
09:29 Azərbaycandan qaçan qadın məmur Rusiyada tutuldu
09:14 Mingəçevirdə üzərində “Makarov” gəzdirən və orta məktəbdən oğurluq edən şəxslər tutulub
09:02 Azərbaycanda insanları aldadıb pulunu alan, öz aqibətini isə görə bilməyən “öngörücü” tutuldu – Foto
08:53 Avropa Parlamentinin keçmiş deputatı: “Makron amerikalılar üçün itaətkar pudeldir”
08:38  Xaçmazda narkokuryer 3 kiloqram narkotiklə yaxalanıb
08:32 ABŞ Rusiyadan uran almağa davam edəcək
08:08 Xankəndi-Laçın yolu: ekofəallar 111 gündür dəyişməz tələblərini irəli sürürlər
07:50 Şuşaya qar yağır, yollar təmizlənir 
07:47 Türkiyədə 4.3 bal gücündə zəlzələ oldu
07:14 Rusiyada saxlanılan amerikalı həbsxana xəstəxanasına köçürülüb
06:50 KİV: Bayden III Çarlzın tacqoyma mərasiminə gəlmək niyyətində deyil
06:29 Türk Hava Yolları bu ölkəyə uçuşları ləğv etdi
06:26 ABŞ-da tornadolar nəticəsində 600 nəfər xəsarət alıb
05:47 Mask pivə istehsalına başladı – Fotolar
05:44 Ekvadorda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 23-ə çatıb
05:17 Avropa Komissiyasının Prezidenti NATO-ya rəhbərlik edə bilər
04:53 Ağ Ev amerikalıları, o cümlədən jurnalistləri Rusiyanı tərk etməyə çağırıb
04:14 Öz kəndini azad edərkən şəhid olan Şükür Həmidovun – Doğum günüdür
02:59 Britaniyalı diplomat: “Putinin nüvə şantajı Ukraynaya dəstəyi zəiflədə bilməyəcək”
02:29 ABŞ generalı: “Ukrayna yaxın gələcəkdə Rusiya ordusunu sıxışdırıb çıxara bilməyəcək”
01:53 Almaniyanın hava məkanı qismən bağlanacaq
01:14 ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq
00:53 Ülvi Mehdiyev: “BMT-də “ASAN xidmət” adına fond yaradılacaq”
00:26 Lənkəranda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib

Əvvəlki xəbərlər

Facebook-da izləyin

“Tamaşaçı ilk dəfə yeni final görəcək” – Video

Multimedia 01/02/2023 19:03
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Məlum olduğu kimi, fevralın 24-də Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi nümayiş olunacaq. Tamaşa Heydər Əliyev Mərkəzi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə hazırlanır.

“Qafqazinfo” sözügedən tamaşanın Azərbaycan Dövlət Akademik Milli Dram Teatrındakı məşqlərində iştirak edib, yaradıcı heyətlə söhbətləşib.

Heydər Əliyev Mərkəzinin nümayəndəsi Zafiq Xəlilov bildirib ki, Mərkəz “Heydər Əliyev İli” çərçivəsində ümummilli liderin irsinin təbliği istiqamətində bir sıra çoxşaxəli layihələr planlaşdırır: “Ən əsas layihələrdən biri də “Heydər Əliyev və milli teatr sənəti” layihəsidir. Bu layihə çərçivəsində ulu öndər, ümummilli lider Heydər Əliyevin ən çox sevdiyi və böyük maraqla izlədiyi tamaşaların nümayişi nəzərdə tutulur. Heydər Əliyev hər zaman müsahibələrində “Ölülər” tamaşası ilə bağlı fikirlərini bildirib, pyesin bənzərsiz, tarixi, həddindən artıq fəlsəfi əsər olduğunu qeyd edib”.

Oxumağa dəyər:   Şadlıq evinin həyətində xəsarət alan şəxs öldü

Tamaşanın rejissoru Xalq artisti Azər Paşa Nemətov deyib ki, hazırda tamaşanın Heydər Əliyev Mərkəzinin səhnəsinə uyğunlaşdırılması prosesi aparılır: “O səhnə bizimkindən daha genişdir, daha böyükdür. Səhnələr fərqli olduğuna görə yeni dekorasiyalar hazırlayırıq.

Nemətov əlavə edib ki, Heydər Əliyev Mərkəzində nümayiş olunacaq tamaşanın finalı başqa cür olacaq: “Tamaşaçı ilk dəfə yeni final görəcək. Mənə elə gəlir ki, o da çox maraqlı olacaq. Şəxsən mənim üçün çox maraqlıdır. Bu final yalnız Heydər Əliyev Mərkəzində olacaq. Bilirəm ki, tamaşaçılar səhnə əsərindən həzz alacaqlar”.

“Ölülər” tamaşasında əsas obrazlardan biri “Şeyx Nəsrullah”ın ifaçısı Xalq artisti Nurəddin Mehdixanlı qeyd edib ki, Heydər Əliyev Mərkəzi çox gözəl təşəbbüs irəli sürüb: “Bizim üçün çox xoş oldu ki, Heydər Əliyev Mərkəzi məhz ulu öndərimizin sevdiyi tamaşanın həmin Mərkəzdə nümayişini təşkil edir. Çalışcağıq ki, fevralın 24-də teatrımızı Heydər Əliyev Mərkəzində layiqli şəkildə təmsil edək. Bütün tamaşaçılarımızı Heydər Əliyev Mərkəzinə dəvət edirik”.

Oxumağa dəyər:   İranda müəssisədə baş verən partlayışda 3 nəfər ölüb

“Ölülər”in “Kefli İsgəndər”i Əməkdar artist Anar Heybətovun sözlərinə görə, məşq prosesi artıq yekunlaşıb: “Bu gün Dram Teatrında sonuncu məşqimiz idi. Qənaətbəxş oldu. Səhnələrin ölçüləri fərqli olduğundan bəzi düzəlişlər etmişik. Tam hazır vəziyyətdədir. İnşallah fevralın 24-də Heydər Əliyev Mərkəzində bu tamaşanı göstərəcəyik”.

Tamaşada “Şeyx Əhməd” obrazına həyat verən Əməkdar artist Aslan Şirin “Ölülər” tamaşasının Heydər Əliyev Mərkəzində səhnəyə qoyulmasını böyük mədəniyyət hadisəsi adlandırıb: “Həm də çox sevindirici haldır ki, bu tamaşanın nümayişi ulu öndərimizin 100 illik yubileyinə təsadüf edir. Teatrımızda da gözəl ab-hava yaranıb, gözəl məşq prosesi gedir. Baş rollardan birinin mənə həvalə edilməsindən çox xoşbəxtəm. Heydər Əliyev Mərkəzində səhnəyə çıxacağım üçün həyəcan yaşayıram. Düşünürəm ki, fevralın 24-də biz böyük tamaşaçı kütləsi ilə qarşı-qarşıya qalacağıq, yaxşı mənada. Teatrsevərləri, ziyalıları Heydər Əliyev Mərkəzinə Cəlil Məmmədquluzadənin “Ölülər” tamaşasına Akademik Milli Dram Teatrının təqdimatında baxmağa dəvət edirəm”.

Oxumağa dəyər:   Neftçalada DTX işçilərinin peşə bayramı qeyd olundu - Fotolar

Qeyd edək ki, ikihissəli tamaşada, həmçinin Xalq artistləri Əli Nur, Hacı İsmayılov, Kazım Abdullayev, Laləzar Mustafayeva, Rafiq Əzimov, Sabir Məmmədov, Əməkdar artistlər Aslan Şirin, Elxan Quliyev, Elşən Rüstəmov, Əlfida Cəfərov, Kazım Həsənquliyev, Mətləb Abdullayev, Məzahir Cəlilov, Mirzə Ağabəyli və teatrın digər aktyorları çıxacaqlar.

Səhnə əsərində SSRİ Xalq artisti Qara Qarayevin “Ölülər” üçün bəstələdiyi musiqi yeni versiyada təqdim ediləcək.

Hüseyn Məmmədsalahov

Video-fotolar: Müzəffər İsmayılov






İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Fazil Mustafanın evinin qarşısı – Foto+Video

Multimedia 29/03/2023 00:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, deputat Fazil Mustafa evinin qarşısında güllələnib.

Həmin görüntüləri təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“001” Bakının mərkəzində lüks maşınları əzdi – Video

Multimedia 28/03/2023 11:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda zəncirvari yol qəzası baş verib.

Hadisə dünən Səbail rayonu, Zərifə Əliyeva küçəsində baş verib.

01 BO 001 dövlət qeydiyyat nişanlı “Nissan Patrol” markalı avtomobil idarəetmədən çıxaraq “Hyundai Accent”ə çırpılıb. Zəncirvari qəzada yol kənarındakı digər avtomobillərə də ciddi ziyan dəyib.

Hadisəyə səbəb olan və zədələnən avtomobillərin lüks nəqliyyat vasitələri olması diqqəti cəlb edib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Hətta deyirdilər ki, Erkinə tapşırıblar deyə belə danışıb” – Video

Multimedia 28/03/2023 11:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Milli Məclisin deputatı Erkin Qədirli bir müddət əvvəl geniş müzakirələrə səbəb olan “Azərbaycanda demokratik seçki keçirilmir” fikirləri barədə bir daha danışıb.

Deputat İTV-də yayımlanan “3 D”nin aparıcısı Dadaş Dadaşlinskinin verilişində bunun xoş niyyətlə deyilən fikir olduğunu bildirib.

E.Qədirli qeyd edib ki, müsahibə zamanı özünü örnək göstərib: “Mən bunu gələcəkdə seçkilərin daha demokratik keçirilməsi üçün demişəm. Bu sözü hər zaman demişəm. Amma bu dəfə niyə belə partladı bilmirəm… Hətta bəziləri bildirirdi ki, Erkinə tapşırıblar deyə belə danışıb”.

O, aparıcının “Demokratik olmayan seçki və saxta seçki arasındakı fərq nədir?” sualına belə cavab verib: “Fərq çoxdur. Seçki, ola bilsin, saxta deyil, düzgün keçirilib, səslər sayılıb. Amma demokratik deyil. Çünki rəqabət ortamı olmayıb, media demokratik deyil, orada çox komponentlər var.

Və ola bilər ki, əksinə olub – Seçki demokratikdir, hansısa dairələrdə saxtakarlıq olub. Mən özüm də deyə bilmərəm ki, seçkilər tam demokratik olsaydı, mən udardım, ya yox. Orada əminlik sözü önəmlidir”. 

Oxumağa dəyər:   Belarus Rusiyanın ölkə ərazisində nüvə silahı yerləşdirmək planına münasibət bildirib

Ətraflı videomaterialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir – VİDEO

Multimedia 28/03/2023 10:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank bölmələri ilə döyüş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tank heyətləri ərazidə təbii və süni maneələrin dəf edilməsi, döyüş maşınlarının idarə olunması, şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlər davam edir.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakı Bulvarında çəkiliş aparmaq qadağandır? – Video

Multimedia 27/03/2023 22:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Xəzər Xəbər”in əməkdaşları Bulvar ərazisində çəkiliş aparmaq istəyərkən Dənizkənari Bulvar İdarəsinin mühafizə xidməti onlardan çəkilişi dayandırmağı tələb edib.

Əməkdaşlara bildirilib ki, ərazidə icazəsiz çəkiliş aparmaq qadağandir.

21-ci əsrdə paytaxtın mərkəzində media nümayəndələri üçün belə mənasız qaydanın qoyulması absurddur, gülüncdür. Bu hal ilk deyil. Jurnalistlər illərdir qoyulan bu sistemlə çalışmaq məcburiyyətində qalır.

Maraqlıdır görəsən dünyanın hansı inkişaf etmiş ölkəsində belə bir qayda və ya qadağa var?

Təsəvvür edin turist olaraq Azərbaycana gəzməyə gəlirsiz. İlk olmasa da mütləq baş çəkəcəyiniz məkanlardan biri də Bakı Bulvarı olacaq. Səhv edib üzərinizdə kamera götürsəz sizə çəkilişə icazə verməyəcəklər. Millət vəkili Razi Nurullayevin başına gəldiyi kimi.

Belə ki, bir neçə gün öncə deputat TV-lərin birinə bulvar ərazisində müsahibə vermək istəyib amma çəkilişə icazə verilməyib. Qısacası deyiblər ki, millət icazə alırsa, millət vəkili də icazə almalıdır. Yəni, kim olursan ol, gəl bizdən icazə al.

Oxumağa dəyər:   DTX Fazil Mustafa ilə bağlı məlumat yaydı - Terror aktıdır

Dənizkənarı bulvar idarəsinin  mətbuat katibi Könül İmamverdiyeva suallarımıza cavab olaraq bildirdi ki, Bulvar Milli Park sayılır və bura xüsusi şəkildə mühafizə olunur. Bu səbəbdən icazə almalısınız.

Qurum rəsmisi onu da qeyd etdi ki, bu qayda idarənin nizamnaməsində də öz əksini tapıb. Lakin nizamnaməni əvvəldən axıra qədər oxuduq və heç bir bənddə “jurnalistlər bulvara girmək üçün xüsusi icazə almalıdırlar” müddəasına rast gəlmədik.

Hüququqşünas Şamil Paşayev də Xəzər Xəbərə təsdiqlədi ki, küçə, meydan, xiyaban və parklarda çəkiliş apamaq qanunla qadağan deyil.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bayram günlərində 40 nəfər xilas edilib – Video

Multimedia 27/03/2023 10:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən bayramla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 373 yanğına çıxış və 30 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu FHN-in Mətbuat xidmətindən məlumat verilib.

“Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi və insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 17-si azyaşlı olmaqla 40 nəfər xilas edilib, 3 nəfər xəsarət alıb, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Həmçinin, qəza-xilasetmə əməliyyatları zamanı 2 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib”, – rəsmi məlumatda bildirilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Kanadanı Çinlə qarışdıran Bayden deputatların gülüşünə səbəb olub – VİDEO

Multimedia 25/03/2023 22:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

ABŞ Prezidenti Cozef Bayden ölkənin miqrasiya ilə bağlı mövqeyini açıqlayarkən təsadüfən Kanada əvəzinə Çini tərifləyib.

Bu barədə “Fox News” məlumat yayıb.

Bayden Ottavada Kanada parlamentində çıxışı zamanı ABŞ-ın immiqrasiya siyasətini müzakirə edərkən yenidən səhv danışıb.

“Biz Birləşmiş Ştatlarda insan alverini alovlandıran qeyri-qanuni miqrasiyanın qarşısını almaqla təhlükəsiz və humanitar baza təmin etmək üçün qanuni miqrasiya marşrutlarını genişləndiririk. Ona görə də bu gün mən Çinin çıxmasına görə alqışlayıram… Bağışlayın, Kanadanı alqışlayıram”-deməsi parlamentarilərin gülüşünə səbəb olub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Eyni küçənin malikanələrini birləşdirən qanunsuz əməl – Video

Multimedia 25/03/2023 19:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində kənar müdaxiləyə məruz qalan 3 malikanə tipli fərdi yaşayış evinin sayğacları laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə aparılıb.

“Azəriqaz”dan verilən məlumata görə, abonentlərin razılığı ilə sayğaclara vizual baxış keçirilib və hər 3 sayğacda qanunsuz kənar müdaxilə halı təsdiq olunub.

“Bir daha abonentləri qaz sayğaclarına edilən qanunsuz kənar müdaxilələrdən uzaq durmağa çağırırıq. Bildiririk ki, bu kimi hallara qarşı qanun  çərçivəsində tədbirlər görüləcək” – “Azəriqaz”ın açıqlamasında bildirilir.

Daha ətraflı video materialda: 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Sərhədi pozmağa cəhd edən pakistanlılar saxlanıldı – Video

Multimedia 25/03/2023 10:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Mart ayının 24-də saat 15:35-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Samux rayonunun Salahlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 5 (beş) nəfər Pakistan İslam Respublikası vətəndaşları saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

“Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir”, – rəsmi məlumatda bildirilib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Yoldaşım şkafı tutdu ki, aşmasın” – İsmayıllıda zəlzələ anı – VİDEO

Multimedia 25/03/2023 09:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, İsmayıllıda zəlzələ baş verib.

Rayon sakinləri zəlzələ anı ilə bağlı “Xəzər Xəbər”ə danışıblar.

Sakinlərdən biri yeraltı təkanların güclü olduğunu, xoşbəxtlikdən qısa çəkdiyi üçün dağıntıların qeydə alınmadığını deyib: “Ev silkələndi, mən uşağı götürüb qaçırdım. Bu vaxt yoldaşım şkafı tutdu ki, aşmasın”.

Ətraflı videomaterialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qarabağ iqtisadi rayonunda qanunsuz yolların çəkilməsi yolverilməzdir – VİDEO

Multimedia 24/03/2023 17:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələri qanunsuz fəaliyyətlərini davam etdirir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib.

Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz fəaliyyətlər həyata keçirməklə üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozması, eləcə də sülhməramlı kontingentin üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi bölgədə gərginliyin artmasına zəmin yaradır.

Bildiririk ki, bu kimi təxribatlar və qanunsuz fəaliyyətlər nəticəsində baş verə biləcək tələfata görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Azərbaycan MN Qarabağdakı rus qüvvələrinə xəbərdarlıq etdi – VİDEO

Multimedia 24/03/2023 13:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Martın 24-də növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli KamAZ və üzərində yanacaq çəni olan 1 ədəd KamAZ avtomobilinin hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb.

Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirilən bu cür fəaliyyətlər üçtərəfli Bəyanatın müddəalarının icrası ilə bağlı üzərlərinə düşən vəzifə borclarının yerinə yetirilməməsidir.

Vəzifə və öhdəliklərinin əksinə olaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət etməklə sərbəst hərəkətinə şərait yaradılması əldə edilmiş razılıqların sülhməramlı kontingent tərəfindən kobud şəkildə pozulması deməkdir. Belə hallara dərhal son qoyulmalıdır.

Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasının zəruri olduğunu göstərir.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azəriqaz” İB-nin “Başdan ayağa” aksiyası davam edir – Video

Multimedia 23/03/2023 12:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin rəhbər heyətinin təşəbbüsü ilə başladılan “Başdan ayağa” aksiyası artıq bölgələr üzrə işini davam etdirir.

Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri bayram günlərində İdarənin qəza xidmətinin əməkdaşlarına dəstək olmaq məqsədi ilə abonent tərəfindən daxil olan müraciətin birinin icrasını öz üzərinə götürüblər.

Ətraflı video materialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

58 gün sonra 55 yaşında… – Video+Fotolar

Multimedia 23/03/2023 00:20
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, ötən gün əməkdar mədəniyyət işçisi, rejissor, prodüser Oqtay Əliyev avtomobil qəzasında həlak olub.

Onun qəfil faciəvi şəkildə ölümü incəsənət aləmində olan dostları üçün də sarsıdıcı olub.

Sənət aləmindən söz düşmüşkən, Oqtay Əliyev son olaraq xanımı Dilarə Əliyeva ilə birgə Əməkdar artist Tünzalə Əliyevanın dəfn mərasimində iştirak edərkən görüntülənmişdi.

Oqtay Əliyev elə dəfn mərasimində “Qafqazinfo”ya açıqlama verərək “Toppuş bacı”nın ölümündən kədərləndiyini bildirmişdi. T.Əliyeva barəsində “Allah rəhmət eləsin!” deyən rejissor onun üçün bu kəlməni işlətdiyinə inanmadığını demişdi.

Təəssüf ki, həmin dəfn mərasimindən 58 gün sonra 55 yaşlı Oqtay Əliyevin özü barəsində “Allah rəhmət eləsin!” cümləsi işlədirilir.

Qeyd edək ki, Oqtay Vidadi oğlu Əliyev 1968-ci ildə İrəvan şəhərində Xalq artistləri Vidadi Əliyev və Elmira İsmayılovanın ailəsində anadan olub. O, 1998-ci ildə “SOY” prodakşn şirkətini təsis edib, qurumun prezidenti olub. Bir sıra festivalların qalibi olan rejissor “Əməkdar mədəniyyət işçisi” fəxri adına (2020), “Humay” milli mükafatına və s. təltiflərə layiq görülüb. 





İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Brüsseldə Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü” adlı mitinqi keçiriləcək – VİDEO

Multimedia 22/03/2023 21:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Brüsseldə Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü” adlı mitinqi keçiriləcək.

Bu barədə Güney Azərbaycan türklərinin yaydığı çağırışda deyilir.

Çağırışda bildirilir ki, “Azadlıq və ədalət yürüşü”nə bütün türklər dəvətlidir:

“Avropada yaşan bütün türkləri Güney Azərbaycanın “Azadlıq və ədalət yürüşünə” çağırırıq! Bu mitinqdə Güney Azərbaycan türklərinin faşist və irqçi İran rejiminə qarşı mücadiləsinin haqq səsi bütün azad dünya ictimaiyyətinə çatdırılacaq”.

Daha sonra qeyd edilir ki, mitinqdə İran rejiminin son aylarda ortaya çıxan narazılıqları qanla basdırmasına etiraz ediləcək:

“İran rejiminin son aylarda qətlə yetirdiyi 500-dən çox etirazçının böyük qismi türklərdən ibarətdir. Güney Azərbaycan türklərinin səsi ən yüksək səviyyədə dünyaya çatdırılmalıdır”.

Çağırış müəllifləri, “biz Güney Azərbaycan türkləri olaraq, belə bir gündə Quzey Azərbaycan, Türkiyə və bütün türk dünyasından olub Avropada yaşayan soydaşlarımızı da yanımızda görmək istəyirik və onları bizə dəstək verməyə dəvət edirik. Bu gün bütün türklərin İran-fars faşizminin qarşısında tək vücud olduğunu göstərmək günüdür. Bütün türk dünyasının vahid ruh və bədən olduğunu bütün dünya bir daha görsün”, – deyir.

Oxumağa dəyər:   Bakıda yaşayış binasında yanğın olub, ölən var

Çağırış “Yaşasın Azərbaycan!”, “Yaşasın türk dünyası!”, “Azadlıq, Ədalət, Milli Hökumət!” şüarları ilə bitir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ucarın Şahlıq kəndinə küçə qaz xətlərinin çəkilişi yekunlaşmaq üzrədir – Video

Multimedia 21/03/2023 18:26
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ucar rayonunun Şahlıq kəndinə küçə qaz xətlərinin çəkilişi işləri yekunlaşmaq üzrədir.

“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq respublikanın digər şəhər və rayonları kimi Ucar rayonunun Şahlıq kəndində də qaz təsərrüfatına dair işlər görülməkdədir.

“Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsi tərəfindən nəzərdə tutulmuş layihə üzrə kəndin küçə və daşıyıcı qaz xətlərinin çəkilişi üçün ümumilikdə 18 km uzunluğunda qaz xətti çəkilib.

İşlər artıq yekunlaşmaq üzrədir.

Hal-hazırda boyama və betonlanma işləri həyata keçirilir.

Daha ətraflı video materialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 29/03/2023 00:11

Fazil Mustafanın evinin qarşısı – Foto+Video

Read more
Multimedia 28/03/2023 11:38

“001” Bakının mərkəzində lüks maşınları əzdi – Video

Read more
Multimedia 28/03/2023 11:29

“Hətta deyirdilər ki, Erkinə tapşırıblar deyə belə danışıb” – Video

Read more
Multimedia 28/03/2023 10:29

Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir – VİDEO

Read more
Multimedia 27/03/2023 22:17

Bakı Bulvarında çəkiliş aparmaq qadağandır? – Video

Read more
Multimedia 27/03/2023 10:44

Bayram günlərində 40 nəfər xilas edilib – Video

Read more
Multimedia 25/03/2023 22:29

Kanadanı Çinlə qarışdıran Bayden deputatların gülüşünə səbəb olub – VİDEO

Read more
Multimedia 25/03/2023 19:02

Eyni küçənin malikanələrini birləşdirən qanunsuz əməl – Video

Read more
Multimedia 25/03/2023 10:35

Sərhədi pozmağa cəhd edən pakistanlılar saxlanıldı – Video

Read more
Multimedia 25/03/2023 09:47

“Yoldaşım şkafı tutdu ki, aşmasın” – İsmayıllıda zəlzələ anı – VİDEO

Read more
Multimedia 24/03/2023 17:14

Qarabağ iqtisadi rayonunda qanunsuz yolların çəkilməsi yolverilməzdir – VİDEO

Read more
Multimedia 24/03/2023 13:50

Azərbaycan MN Qarabağdakı rus qüvvələrinə xəbərdarlıq etdi – VİDEO

Read more
Multimedia 23/03/2023 12:08

“Azəriqaz” İB-nin “Başdan ayağa” aksiyası davam edir – Video

Read more
Multimedia 23/03/2023 00:20

58 gün sonra 55 yaşında… – Video+Fotolar

Read more
Multimedia 22/03/2023 21:38

Brüsseldə Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü” adlı mitinqi keçiriləcək – VİDEO

Read more
Multimedia 21/03/2023 18:26

Ucarın Şahlıq kəndinə küçə qaz xətlərinin çəkilişi yekunlaşmaq üzrədir – Video

Read more
Multimedia 20/03/2023 22:32

Əməkdar artist illər sonra doğma kəndində bayram tonqalı qaladı – Video

Read more
Multimedia 20/03/2023 20:38

Bu şəxslər “texosmotr”dan növbəsiz keçəcək – Vıdeo – VİDEO

Read more
Multimedia 20/03/2023 18:35

“Səyyad”ın Bakıdakı narkokuryer şəbəkəsi ələ keçdi – VİDEO

Read more
Hadisə 20/03/2023 14:23

“Papanin” və “Kubinka”da narkotikə görə daha 8 nəfər saxlanılıb – VİDEO

Read more
Multimedia 20/03/2023 12:37

Novruz bayramı münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO

Read more
Hadisə 20/03/2023 11:11

Bakıda “Makarov” satmaq istəyən şəxs saxlanılıb – VİDEO

Read more
Multimedia 20/03/2023 11:03

“Azland plaza” qazi və şəhid ailələrini sevindirdi – Video – Fotolar

Read more
Multimedia 19/03/2023 20:50

“Azəriqaz”ın rəhbər şəxsləri müraciətləri özləri cavablandırıb – Video

Read more
Multimedia 19/03/2023 13:59

Müdafiə naziri Novruz bayramı münasibətilə hərbi hospitalı ziyarət edib – VİDEO

Read more
Multimedia 19/03/2023 10:08

“İndi bizdən qorxurlar” – Prezidentlə kənd sakini arasında maraqlı dialoq+Video

Read more
Hadisə 18/03/2023 17:37

Bakıda “Salamat Ramil” saxlanılıb, ondan “Kalaşnikov” götürülüb – VİDEO

Read more
Multimedia 18/03/2023 13:32

Yanğın təhlükəsi yaradan obyektin fəaliyyəti dayandırıldı – Video

Read more
Multimedia 17/03/2023 20:29

İki yerüstü piyada keçidi istifadəyə verildi – Fotolar+Video

Read more
Multimedia 17/03/2023 10:29

“AzərEnerji” Heydər Əliyevin 100 illiyi ilə bağlı silsilə aksiya keçirir – Video

Read more
Multimedia 16/03/2023 20:02

Özü həyatdadır, amma ölmüş kimi qeydiyyatdadır – Video

Read more
Multimedia 16/03/2023 12:14

GL şirkətinin Türkiyəyə göndərdiyi humanitar dəstək fəlakət bölgəsinə çatıb – VİDEO

Read more
Hadisə 16/03/2023 11:29

Bakıda şirkətə məxsus yaşayış binasının liftinin fəaliyyəti dayandırılıb – VİDEO

Read more
Multimedia 16/03/2023 11:20

Düz getdiyi yolda “Ford” çırpıldı, öldü… – Video

Read more
Hadisə 15/03/2023 11:55

Bakıda 11 evdən oğurluq etməkdə şübhəli bilinən qardaşlar tutulub – VİDEO

Read more
Multimedia 14/03/2023 23:41

Damyan Krneviç: “Makron başa düşməlidir ki, Bakı ilə İrəvan arasındakı sülh prosesində ona yer yoxdur” – VİDEO

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla