2019-cu ildə Naxçıvanı təmsil edən millət vəkili kimi Muxtar Respublikadakı vəziyyəti tənqid etməsi Qüdrət Həsənquliyevə baha başa gəlib.  Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovu qəzəbləndirən hal Qüdrət Həsənquliyevi budəfəki Milli Məclisə seçkilərdə dairəsini dəyişməyə məcbur edib.

Azərbaycan 24’ün məlumatlı mənbələrdən əldə etdiyi informasiyaya görə Vasif Talıbov bu seçkilərdə Qüdrət Həsənquliyevin doğma rayonu Culfanı təmsil etməsinə qəti etiraz edib və məsələ də onun istədiyi kimi həll edilib. Nəticədə Qüdrət Həsənquliyev 2010-cu ildən təmsil etdiyi 7 saylı Ordubad-Culfa seçki dairəsini dəyişməli olub. 36 saylı Xətai dördüncü seçki dairsini seçən Qüdrət Həsənquliyevə görə YAP öz namizədi Səməd Seyidovu Xətaidən 107 saylı Qazax seçki dairəsinə dəyişib ki, bu da beynəlxalq məsələlərlə məşğul olduğu üçün zaman qıtlığı yaşayan və seçicilərə görüş üçün hər dəfə elə uzaq məsafəyə getməli olacaq Səməd Seyidovu məmnun etməyib.

7 saylı Ordubad-Culfa seçki dairəsindən isə aşağıdakı namizədlər qeydə alınıb.