“Taliban” terror təşkilatının yaraqlıları Əfqanıstanın mərkəzi hissəsində yerləşən Qəzni şəhərinə hücuma keçiblər.

Bu barədə bölgədəki mənbələrə istinadən “TOLO News” telekanalı məlumat yayıb.

Taliblərin bəyanatında bildirilir ki, onların dəstələri bir neçə istiqamətdə şəhərə – eyniadlı əyalətin inzibati mərkəzinə daxil olmağa çalışırlar.

Kabil-Qəzni avtomobil yolu hökumət qüvvələri ilə terrorçular arasında gedən şiddətli döyüşlər səbəbindən bağlanıb.

“Əgər bizə əlavə qüvvə göndərilməsə, taliblər Qəznini ələ keçirəcəklər”, – deyə əyalət şurasının sədri Həmdulla Navrozi telekanala bildirib.

İstinadlar Report