“Taliban” hərəkatının yaraqlıları Əfqanıstan-Tacikistan sərhədində yerləşən Ayxanım çay limanını ələ keçiriblər.
Əfqanıstanın Taxar vilayətində yerləşən Ayxanım bu gecə taliblərin əlinə keçib.
Qarşıdurma nəticəsində iki sərhədçi öldürülüb, daha iki nəfər isə yaralanıb. Eyni zamanda 5 hərbçi əsir düşüb, ABŞ-ın “Humvee” və iki “Ranger” polis maşını məhv edilib.