“Taliban” hərəkatının formalaşdırdığı Əfqanıstan hökumətinin nümayəndəsi Zəbihulla Mücahid Qərb ölkələrindən əfqanlara təzminat ödənilməsini tələb edib.

Bu barədə “ToloNews” telekanalı məlumat yayıb.

Mücahidin sözlərinə görə, Qərb ölkələri ölkənin hərbi işğalı zamanı vəhşilik və cinayətlərlə üzləşən əfqanlara kompensasiya ödəməlidir. O vurğulayıb ki, “Taliban” hökumətinin müvafiq orqanları Əfqanıstanın bütün zərərçəkmiş sakinlərinin hüquqlarının qorunmasına nail olacaq.

Böyük Britaniya hərbçilərinin törətdikləri cinayətlərin araşdırılmasına münasibət bildirən hökumət nümayəndəsi ölkələrin hərbi cinayətləri qəsdən törətdiklərini deyib.

İstinadlar Report