
“Taliban” Əfqanıstan ordusunda əsgər sayını 200 min nəfərə çatdırmaq niyyətindədir.
Bunu Əfqanıstan Silahlı Qüvvələrin baş qərargah rəisi Kari Fəsihəddin Fitrət deyib.
“Biz gələn il orduda əsgər sayını 150 mindən 170 minə, tədricən isə 200 min nəfərə çatdırmaq qərarına gəldik”, – baş qərargah rəisi bildirib.
Ordu rəsmisi, həmçinin ABŞ-ı ölkənin hava məkanını dəfələrlə pozduğuna görə tənqid edib.