
“Taliban” nümayəndə heyəti Əfqanıstanla bağlı danışıqlarda iştirak üçün gələn həftə Norveçin paytaxtına səfər edəcək.
“Taliban” yanvarın 23-dən 25-dək davam edəcək üçgünlük səfər üçün Osloya dəvət olunub.
“Taliban” nümayəndə heyəti Norveç hökumətinin, bir sıra müttəfiq ölkələrin nümayəndələri, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşəcək.