“Taliban” hökuməti İranın Əfqanıstandakı diplomatı Əli Mucanini “arzuedilməz şəxs” elan edərək, onun ölkə ərazisini tərk etməsini istəyib.
Məlumatı “İraninternational” yayıb.
Bildirilib ki, Əli Mucaniyə bir neçə saatlığa Əfqanıstanı tərk etmək tələb edilib. Məlumata görə, iranlı diplomatı “səlahiyyət həddini aşdığı” üçün cəzalanıb.
İranlı diplomat Əli Mucaniyə Əfqanıstanı tərk etmək üçün bir neçə saat vaxt verilib, çünki onların fikrincə, o, “imkanlarını aşmışdı”.
“Taliban” rəsmiləri diplomatın yol verdiyi pozuntuları açıqlamayıblar. Bununla belə onun ölkənin Qəndəhar bölgəsində yerli hakimiyyətin razılığı olmadan tədbir keçirdiyi bildirilir.
Məlumata görə, “Taliban”ın liderlərindən sayılan Molla Heybətullah Axudzadə Əli Mucaninin Əndəhara getməsin icazə verməyib.