Əfqanıstandakı “Taliban” hökuməti sərhəddən narkotik qaçaqmalçılığı üçün istifadə olunan bütün katapultları məhv edib.

Bu barədə Rusiyanın Əfqanıstandakı səfiri Dmitri Jirnov TASS-a müsahibəsində deyib.

Onun sözlərinə görə, məhv edilən katapultlar İran və Pakistanla sərhəddə yerləşirdi. Qaçaqmalçılar bu qurğulardan narkotik vasitələri sərhədin o biri tayındakı şəbəkələrə ötürmək üçün istifadə edirdilər.

Səfir vurğulayıb ki, bu katapultlar dar ağacı ölçüsündə olan çarpaz dirəklərə bərkidilmiş bir növ rezin sapand kimi olub.

İstinadlar Report