Əfqanıstanın Bəhərək qəzasının Hazara Qarlıq kəndinə ötən gecə endirilən hava zərbəsi nəticəsində 12 nəfər “Taliban” silahlısı məhv edilib.

Müdafiə Nazirliyinin açıqlamasına görə, ölənlər arasında talibançıların “bir neçə komandiri” də var.

Həmçinin mülki sakinlər arasında itkilərə dair iddialara aydınlıq gətirmək üçün əraziyə araşdırma qrupunun göndərildiyi də bildirilir. Belə ki, bundan əvvəl mənbələr hava zərbəsi nəticəsində azı 12 nəfərin öldüyünü və 14 nəfərin yaralandığını, yerli mədrəsə binasının hədəf alındığını bildiriblər. Ölkənin birinci vitse-prezident Əmrullah Saleh sosial media hesabından sözügedən hadisədə uşaqların ölməsinə dair xəbərləri təkzib edib.

İstinadlar Report