“Taliban” 2022-ci ildə Əfqanıstanda qızlar üçün məktəbləri açacağını vəd edib.

Bunu “Taliban” hökumətinin baş nazirinin müavini Mövləvi Əbdül Kəbir Türkiyənin səfiri Cihad Argin ilə görüşündə deyib.

“Yeni təhsil planı başa çatdıqdan sonra gələn il bütün ölkə üzrə qızlar üçün məktəblər açılacaq”, – hökumət rəsmisi deyib.

Kəbirin sözlərinə görə, qadınlar ölkədə pasport idarəsi, hava limanı və səhiyyə sektoru kimi müxtəlif qurumlarda, əksər əyalətlərdəki məktəblərdə çalışırlar.

İstinadlar Report