“Taliban” hərəkatı Əfqanıstanda təhlükəsizliyi təmin etmək üçün Balx əyalətinin paytaxtı Məzari Şərifdə fəaliyyət göstərəcək xüsusi təyinatlı qüvvələr yaradıb.

Bölmə “Mansuri diviziyası” adlanır. Xüsusi bölmənin üzvləri əsas vəzifələrinin Məzari-Şərif şəhərində artan cinayətlə mübarizə aparmaqdan ibarət olduğunu bildiriblər. Telekanal bildirib ki, təhlükəsizlik qüvvələri yaxşı təlim keçib və silahlanıb. Onların tabeliyindəki silah və hərbi texnikanın çoxu ABŞ-da istehsal olunur.

İstinadlar Report