“Taliban” radikal hərəkatı Əfqanıstanın paytaxtından cənubda strateji əhəmiyyətli yaşayış məntəqəsi üzərində nəzarəti ələ keçirib.

Bu barədə “Associated Press” agentliyi bildirib.

Qeyd edilir ki, “taliblər” Vardak əyalətində Nirkx dairəsinin rayon mərkəzini nəzarət altına alıblar. Bu dairə əhəmiyyətlidir, çünki paytaxt Kabili ölkənin cənubundakı Qəndəhar əyaləti ilə birləşdirən mərkəzi şose Nirkx dairəsinin rayon mərkəzindən keçir. Xəbərdə döyüşlərin Nirkxdə məhz nə vaxt olduğu açıqlanmır.

“Taliban” bazar ertəsi elan edib ki, müqəddəs Ramazan bayamının qeyd edilməsi ilə əlaqədar Əfqanıstanda döyüş əməliyyatlarını dayandırır.

İstinadlar Report