Əfqanıstanın şimal-qərbində törədilmiş partlayış zamanı iki polis əməkdaşı həlak olub.

Bu barədə 1TV telekanalı xəbər verib.

Qeyd edilir ki, hadisə Herat əyalətində baş verib. Minalanmış avtomobilin partladılması zamanı həmçinin daha 3 polis əməkdaşı yaralanıb.

Partlayışdan sonra “Taliban” silahlılarının hücumu baş verib. Polis əməkdaşları ilə silahlılar arasında atışma bir neçə saat davam edib. Sonda “taliblər” sıxışdırılaraq ərazidən uzaqlaşdırılıblar.

İstinadlar Report