Əfqanıstanın şimal-qərbində yerləşən Herat əyalətində “Taliban” 4 kişini çoxsaylı insanın iştirakı ilə edam edib.

Məlumatı sentyabrın 25-də “Aamaj News” agentliyi yayıb.

Bildirilib ki, dar ağacından asılan şəxslər adam oğurluğunda təqsirli biliniblər.

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban”ın nümayəndələri hələlik hadisəyə münasibət bildirməyiblər. Bununla belə, “Taliban” hərəkatınn qurucularından biri, Nurəddin Turabi “Associated Press”ə kütləvi edamları bərpa edəcəklərini, oğurluğa görə ətrafların kəsilməsi praktikasını bərpa edəcəklərini bildiriblər.

İstinadlar Report