Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı tərəfindən formalaşdırılan Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Cinayət Məhkəməsini (BCM) insan hüquqları ilə bağlı şərhini bütün dünyaya zorla qəbul etdirmək cəhdlərindən əl çəkməyə çağırıb.

Bu barədə XİN-in sosial şəbəkələrdə yayılan bəyanatında deyilir.

“Bu qurum insan hüquqları ilə bağlı xüsusi şərhi bütün dünyaya zorla qəbul etdirməyə çalışmamalı, həmçinin digər xalqların dini və milli dəyərlərini görməzdən gəlməməlidir”, – bəyanatda qeyd olunur.

Nazirlik BCM prokurorunun hərəkətlərini qanunsuz adlandırıb və bunun qurumun onsuz da zəif olan nüfuzunu daha da sarsıtdığını vurğulayıb.

İstinadlar Report