Amerikalılar Əfqanıstanda 7,12 milyard dollar məbləğində hərbi texnika qoyub, onların əksəriyyəti “Taliban” tərəfindən ələ keçirilib.

Bu barədə ABŞ-ın Baş Müfəttişliyi Ofisi bildirib.

“Müdafiə Nazirliyinin hesablamalarına görə, Əfqanıstan hökumətinin saxladığı 7,12 milyard dollar dəyərində ABŞ tərəfindən maliyyələşdirilən avadanlıqlar geridə qalıb, əksəriyyəti sonradan “Taliban”ın nəzarətinə keçib”, – hesabatda deyilir.

Hesabatda qeyd olunur ki, geridə qalan texnikaya hərbi təyyarələr, nəqliyyat vasitələri və silahlar daxildir.

İstinadlar Report