Axşam saatlarında Daşkəsən şəhərində sürücü sükan arxasında infarkt keçirərək ölüb.

Şəhərdə taksi fəaliyyəti ilə məşğul olan 57 yaşlı rayon sakini Səməndər Göyüyev özünə məxsus “VAZ-2106” markalı avtomobildə ölü tapılıb.

Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri onun infarkt keçirərək öldüyünü müəyyən ediblər. Müəyyən edilib ki, sürücü idarəetməni itirib və maşını maneəyə çırpıb.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Qafqazinfo