Tailandda sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində azı 7 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Bu barədə “Naewna” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, avtobus Tayland körfəzinin şərq sahilindəki Rayonq kurort şəhərindən krallığın şimal-şərqindəki Nonqhay şəhərinə gedirmiş.

Aprelin 21-də yerli vaxtla saat 01:40-da Banqkok yaxınlığındakı Praçinburi əyalətində baş verən qəzadan sonra yanğın başlayıb və nəqliyyat vasitəsi külə dönüb. Hüquq-mühafizə orqanları qəzanın başvermə səbəbini araşdırır.

İstinadlar Report