Tailandda paytaxt Banqkokun kənarında məktəb avtobusu yanıb, azı 23 nəfər ölüb.

“Paytaxt Banqkokun kənarında ekskursiyaya gedən, 40-dan çox şagird və müəllimi daşıyan məktəb avtobusunun yanması nəticəsində azı 23 nəfər ölüb”, – məhkəmə ekspertizası üzrə komissar Trayronq Pivpan söyləyib.

Ölkənin nəqliyyat naziri Surya Cuanqrunqruanqkit isə bildirib ki, 16 şagird və 3 müəllim yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

“Müəllimlər yanğının çox qısa zamanda baş verdiyini bildirdilər. Hadisə şahidlərinin sözlərindən belə nəticəyə gəldik ki, partlayış təkərdən çıxan qığılcım və onun avtomobili qidalandıran qaz balonunu alışdırması nəticəsində baş verib”, – polisdən bildirilib.

İstinadlar Report