Tailandda koronavirusa yoluxanların sayı 5-ə çatıb.

Bu barədə Tailand Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, koronavirus simptomları aşkarlanan qadın Çin vətəndaşıdır. O, Tailanda üç gün öncə gəlib. Çinli qadın qızdırma, öskürək və bədən ağrıları ilə xəstəxanaya müraciət edibmiş.

Xatırladaq ki, Çinin Uhan şəhərində yayılan koronavirusa yoluxanların sayı 830-u ötüb, ölənlərin sayı isə 26-ya çatıb.

Alparslan Öztürk

İstinadlar Report