Tailandda koronavirusa yoluxmaların rekord həddə gündəlik artımı qeydə alınıb.

Bazar ertəsi günü qeydə alınan 9 635 yeni yoluxma halının 6 853-ü penitensiar sisteminin payına düşür.

Bununla da ölkədə yoluxma hallarının ümumi sayı 111 082-yə çatıb ki, bunun da 70 faizi aprel ayının əvvəlində üçüncü dalğa başlayandan sonra qeydə alınıb.

Həmçinin koronavirusdan ölənlərin sayı bazar ertəsi günü daha 25 nəfər artaraq 614-ə yüksəlib.

İstinadlar Report