Tailand hakimiyyəti COVID-19 pandemiyası ilə əlaqədar fövqəladə vəziyyəti daha iki ay uzadıb.

Bu barədə Tailand hökumətinin COVID-19-a Nəzarət və Mübarizə Mərkəzinin rəsmi nümayəndəsi Txavisin Visanuyotin bildirib.

Belə ki, fövqəladə vəziyyət rejiminin daha iki ay, iyunun 1-dən iyulun 31-dək uzadılması qərara alınıb.

Bundan əlavə, maska rejimini saxlanılıb. Həmçinin, birillik fasilədən sonra gecə klubları və masaj salonlarının yenidən açılmasına icazə verilib. Bütün bu obyektlər iyunun 1-dən gecə yarısına qədər işləyə biləcək.

İstinadlar Report