46 mindən çox namizədin iştirakı ilə Tailand Senatına (parlamentin yuxarı palatası) seçkilərin birinci mərhələsi bazar günü rayon səviyyəsində keçiriləcək.

Seçkilər 2014-cü ilin mayında baş vermiş hərbi çevrilişdən sonra yaradılmış Sülhün və Asayişin Qorunması üzrə Milli Şura tərəfindən 2019-cu ildə təyin edilmiş senatorların səlahiyyət müddətinin bu ilin may ayında başa çatması ilə əlaqədar keçirilir.

Təsdiq edilmiş prosedura əsasən, səsvermənin birinci turunun nəticələrinə əsasən seçilən namizədlər müvafiq olaraq 16 və 26 iyun tarixlərində əyalət və ölkə səviyyələrində keçiriləcək seçkilərdə iştiraklarını davam etdirəcəklər.

2017-ci ildə hərbi hakimiyyət orqanları tərəfindən qəbul edilən yeni konstitusiya görə 250 yerlik Senata bu dəfə növbəti beş il müddətinə 20 sosial və peşəkar qrupdan 200 senator seçiləcək.

Seçki prosesinin xüsusiyyətlərinə gəlincə, o, öz qrupları daxilində bir-birinə səs verəcək namizədlər arasında özünü seçmək prinsipi ilə keçiriləcək. Hər qrupdan ən çox səs toplayan 10 namizəd senator olacaq. Adi seçicilər seçkilərdə iştirak etmirlər.

Senatda təmsil olunmaq üçün ərizəçilər Tailandda doğulmalı, ən azı 40 yaşında və mütəxəssisi olduqları sahədə ən azı 10 il təcrübəyə malik olmalıdırlar. Siyasi partiyaların üzvlərinə və dövlət məmurlarına namizədliklərini irəli sürmək qadağandır.

Senatın yeni tərkibi yeni baş nazirin seçilməsi ilə bağlı səsvermədə iştirak edə bilməyəcək. Bu prosedur bütünlüklə Nümayəndələr Palatasının (parlamentin aşağı palatası) məsuliyyəti olacaq.

İstinadlar Report