“Tailandla Azərbaycan arasında viza məsələləri sadələşdiriləcək”.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Tailandın Azərbaycan və Türkiyədəki səfiri Apirat Suqondhabhirom bildirib.

Səfir deyib ki, Azərbaycanla Tailandın əlaqələrinin inkişafı üçün fəaliyyətlər davam edir. Bura iki ölkə arasında turzimin inkişafı üçün viza məsələlərinin sadələşdirilməsi də daxildir: “Yaxın günlərdə buna nail olacağıq. Çünki azərbaycanlı turistlərin Tailanda səyahət etmə potensialı artıb. Müvafiq orqanlarımız azərbaycanlı turistlərin Tailanda səfərini Ankara üzərindən deyil, sərhəddə qapı vizası (“VoA”-red) ilə müraciət yoluyla həlli ilə məşğuldur”.

İstinadlar Report