Azərbaycanın Asiya Parlament Assambleyasına (APA) uğurla ev sahibliyi edəcəyinə inanıram.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Tailandın Azərbaycan və Türkiyədəki səfiri Apirat Suqondhabhirom deyib.

O bildirib ki, APA-nın Bakıda keçirilən plenar sessiyasında iştirak edib, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb və APA-nın sədrliyinin Azərbaycan parlamentinə ötürülməsindən məmnunluğunu ifadə edib: “Tailand parlamentinin nümayəndələri də toplantılara qatılmışdı. Ölkəmiz daxil olmaqla APA-ya üzv ölkələrin nümayəndələrinin müzakirə olunan mövzularla bağlı çıxışları dinlənildi və təkliflər səsləndirildi. Mən Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdüm. Biz Tailand olaraq Asiya Parlament Assambleyasına sədrliyin Azərbaycana keçməsini məmnunluqla qarşıladıq”.

Səfir vurğulayıb ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi də müvəffəqiyyətlə icra edib: “Odur ki, APA üçün də qarşıya qoyulan məqsədlərə çatmaqda çətinliklər olmayacağına inanıram”.

İstinadlar Report