Tailand vəhşi təbiətin qeyri-qanuni ticarətinə qarşı mübarizə çərçivəsində 961 nadir heyvanı, o cümlədən tısbağa və lemurları Madaqaskara qaytarmaq niyyətindədir.
Heyvanların ilk partiyası bu gün yola düşəcək.
Mayda Tailand polisi ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən 1100-dən çox heyvan aşkarlayıb. Onlar arasında CITES Konsensiyasına uyğun olaraq nəsli kəsilməkdə olan hörümçəkvari və şüalanmış tısbağalar, üzük quyruqlu və qəhvəyi lemurlar da olub.
Heyvanların bəziləri saxlanma şəraiti pis olduğundan tələf olsalar da, qalanları xilas edilib. Hökumət Madaqaskarın Banqkokdakı səfirliyində heyvanların təhvil verilməsi üçün rəsmi mərasim keçirib.
Tailandın təbii sərvətlər naziri Çalermçay Şri-on bu əməliyyatın əhəmiyyətini və ölkənin vəhşi heyvanların qanunsuz ticarəti ilə mübarizəyə sadiqliyini vurğulayıb.
Böyük Britaniyada yerləşən “Traffic” təbiəti mühafizə təşkilatı bildirib ki, vəhşi təbiət və ağac ticarəti Madaqaskarın biomüxtəlifliyi üçün ikinci ən böyük təhlükədir.