
Taylandın Konstitusiya Məhkəməsi mayın 23-də 40 senatordan ibarət qrupun Baş nazir Srettha Thavisin və yeni nazir təyin edilən Phicit Cunbanın vəzifəsindən azad edilməsi ilə bağlı müraciətinə baxacaq.
Bu barədə “Bangkok Post” nəşri məlumat yayıb.
Nəşrin mənbəsinin sözlərinə görə, məhkəmə bu vəsatətlə razılaşarsa, hər iki şəxs qərar qəbul olunana qədər vəzifələrindən kənarlaşdırılacaq və onlara müdafiə olunmaq üçün 15 gün vaxt veriləcək.
Senatorlar qeyd ediblər ki, Cunba 2008-ci ilin iyununda hakimlərə rüşvət verməyə cəhd etdiyinə görə altı ay həbs cəzasına məhkum edilib. Bu hadisədən sonra Tayland Vəkillər Şurası onun vəkillik lisenziyasını beş il müddətinə dayandırıb.