Pulsuz “Wi-Fi” xidməti təqdim edən restoran və başqa ictimai yerlərin rəhbərliyi istifadəçilərin internetdəki aktivliyi haqqında məlumatları 90 gün ərzində saxlamalıdırlar. Tailandın Rəqəmli İqtisadiyyat naziri Buddhiponqse Punnakanta izah edib ki, bu məlumatlar cinayət hadisələrinin araşdırılması zamanı lazım ola bilər.

“Pulsuz Wi-Fi xidməti təqdim edən mağaza və kafelər istifadəçilərin məlumatını 90 gün ərzində saxlamalıdırlar ki, hüquq-mühafizə orqanları zərurət olduqda həmin məlumatı Kompüter Cinayətləri haqqında Qanunun 26-cı maddəsi çərçivəsində tələb edə bilsin” – “Khao Sod” nəşri nazirin sözlərindən sitat gətirib.

Emil Hüseynov

İstinadlar ict news