Qazax rayonunun dörd kəndinin Azərbaycan sərhədçiləri tərəfindən nəzarətə götürülməsi Prezident İlham Əliyevin prinsipial qətiyyətinin və uğurlu siyasətinin nəticəsidir.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

O bildirib ki, Qazax rayonunun dörd kəndinin Azərbaycan sərhədçiləri tərəfindən nəzarətə götürülməsi Azərbaycanın milli maraqlarının qorunmasında mühüm bir mərhələdir:

“Bu hadisə, ilk növbədə, Prezident İlham Əliyevin prinsipial qətiyyətinin və uğurlu siyasətinin parlaq nəticəsidir. Prezident İlham Əliyevin prinsipial qətiyyəti və uğurlu siyasəti sayəsində Azərbaycanın bir qarış torpağının belə Ermənistana verilməməsi təmin edilmişdir. Azərbaycanın dövlət sərhədlərinin qorunması, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində atılan bu addımlar Prezident İlham Əliyevin milli maraqları ön planda tutan və uzaqgörən siyasətinin nəticəsidir”.

T.Mirkişili qeyd edib ki, delimitasiya prosesinin uğurla davam etdirilməsi Azərbaycanın öz tarixi torpaqlarını bərpa etmək yolunda atdığı mühüm addımlardan biridir. Bu prosesdə Prezident İlham Əliyevin qətiyyəti və Azərbaycanın milli maraqlarına sadiqliyi xüsusi önəm daşıyır. Onun sözlərinə görə, Azərbaycan sərhədçilərinin Qazax rayonunun dörd kəndində nəzarəti təmin etməsi, həm dövlətin gücünü, həm də bu torpaqların Azərbaycan xalqı üçün əhəmiyyətini nümayiş etdirir.

İstinadlar Report